Ağstafa sakini bıçaqlanıb.
KONKRET.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü Aydın Nəbiyev naməlum şəraitdə bıçaqlanıb. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. A.Nəbiyevin kim tərəfindən bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.