backend

Aİ Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəsi alqışladı

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano bildirib.

“Aİ Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır. Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır”, – o vurğulayıb.

P.Stano həmçinin əlavə edib ki, Aİ tərəfləri hərbçilərin meyitlərinin təhvil verilməsi kimi humanitar addımları koordinasiya etməyə çağırır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*