Aİ Missiyasına yeni rəhbər təyin edildibackend

Aİ Missiyasına yeni rəhbər təyin edildi

Avropa İttifaqı Şurası Satu Koyvunu Ermənistandakı Aİ Monitorinq Missiyasının rəhbəri təyin edib.

KONKRET.az armenpress-ə istinadla xəbər verir ki, bu barədə Avropa Şurasının bəyanatında bildirilib.

Satu Koyvu vəzifəsinin icrasına fevralın 20-dən başlayacaq və əvvəlki Missiya rəhbəri Markus Ritteri əvəz edəcək.

Satu Koyvu milli və beynəlxalq səviyyələrdə 35 ildən çox təcrübəsi olan yüksək rütbəli Finlandiya polis zabitidir. O, Fələstin ərazilərində, Ruandada, Namibiyada və Kiprdə fəaliyyət göstərən BMT və Aİ missiyalarında yüksək vəzifələr tutub.

Missiya rəhbəri təyin olunmazdan əvvəl Koyvu Finlandiya Milli Polis Şurasında Espoo Şəhər Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Avropa Şurasının bəyanatında deyilir: “Mülki missiya Aİ-nin Cənubi Qafqaz regionunda sülh və sabitliyi dəstəkləmək səylərinin vacib tərkib hissəsidir. Onun məqsədi Ermənistan və Azərbaycan arasındakı sərhədin Ermənistan tərəfindəki vəziyyəti izləmək və hesabat vermək, eləcə də bu ərazilərdə təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir”.

Xatırlatma: Aİ Mülki Monitorinq Missiyası 2023-cü ildə Ermənistana iki il müddətinə göndərilib. 2025-ci ilin yanvar ayında Aİ Şurası missiyanın müddətini daha iki il uzatmaq qərarına gəlib. Missiya Ermənistan-Azərbaycan sərhədini patrul edir, yerində təhlükəsizlik vəziyyətini izləyir və hesabat verir. Aİ Monitorinq Missiyasının məqsədi Ermənistanın münaqişədən təsirlənən bölgələrində əhalinin təhlükəsizliyinin təmin edilməsinə və yerində etimadın yaradılmasına töhfə verməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*