Aİ Ukraynanın üzvlüyü ilə bağlı Macarıstanın vetosunu aşmağa hazırdırbackend

Aİ Ukraynanın üzvlüyü ilə bağlı Macarıstanın vetosunu aşmağa hazırdır

Avropa İttifaqı Ukraynanın təşkilata üzvlüyü ilə bağlı Macarıstanın mümkün vetosuna baxmayaraq, prosesi davam etdirməyə qərarlıdır. Bu barədə Aİ-nin yüksək səviyyəli diplomatı bildirib.

KONKRET.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Kaja Kallas Lvovda çıxışı zamanı “Bütün üzv ölkələrin dəstəyi ilə əsas planımız var, lakin əlavə ehtiyat variantlarımız da mövcuddur. Bizim plan B və hətta plan V də var”, – deyə bəyan edib. Onun sözlərinə görə, Aİ Budapeştlə danışıqları davam etdirir, lakin razılaşma əldə olunmasa belə, hərəkət etməyə hazırdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*