Azərbaycanda qadını şantaj etməkdə təqsirli bilinən Goranboy rayon sakini Emin Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
KONKRET.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq. Məlum olub ki, Emin Quliyev ailəli olan Jalə Məmmədovanı bir neçə dəfə şantaj edib. Ona zor tətbiq etməklə, ailəsini dağıdascağı ilə də hədə-qorxu gəlib. Sonuncu dəfə o, həmin profilin silinməsi üçün Jalə Məmmədovadan 100 manat tələb edib. Dəfələrlə şantaj olunan Jalə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib.
Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
İstintaq orqanı tərəfindən Emin Quliyevin barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.