backend

Aksiyaçılar Qüdsün əsas girişini bağladılar

İsraildə etiraz aksiyası keçirənlər Qüdsün əsas girişini bağlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri məlumat yayıb.

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qalant xüsusi bəyanatla çıxış edərək məhkəmə islahatlarının dayandırılmasını istəyib. Benyamin Netanyahu isə dünən Qalantı tutduğu vəzifədən azad edib və bu, kütləvi etirazları daha da genişləndirib.

İsrail Prezidenti İsaak Hersoq hökumətə islahatların dərhal dayandırılması ilə bağlı çağırış edib və bu gün Netanyahu parlamentdəki fraksiya liderləri ilə görüşdükdən sonra islahatları dayandırmaq niyyətində olduğunu bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*