Aktyor Allahverdi Yolçuyev bu gün dəvət aldığı “Günə Uğurla” verilişində Əməkdar artist Cabir İmanovun vaxtsız ölümündən təsirləndiyi üçün canlı efirdə vəziyyəti pisləşib.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, o, aparıcıdan təcili yardım çağırmasını istəyib.
Vəziyyəti daha da pisləşən aktyor canlı efirdən çıxarılıb.
Aparıcı Yalçın Uğur bildirib ki, Allahverdiyi Yolçuyev Cabir İmanovun ölüm xəbərinə görə özünü pis hiss etdiyi üçün verilişdən əvvəl və sonra neçə dəfə dərman qəbul edib.