“Almaniya üçün Alternativ” (AFD) partiyasının lideri Alice Veidelin açıqlamaları geniş müzakirə olunur.
KONKRET.az xəbər verir ki, partiya sədri Holokost faciəsindən öz partiyasına qarşı istifadə olunmasından şikayət edib.
“Holokost”dan siyasi məqsədlər üçün istifadə edilir və mən bundan çox narahatam”.
Qeyd edək ki, AFD hazırda fevralın 23-nə təyin edilmiş seçkilər öncəsi sorğularda ikinci yeri tutur. Onun 20%-dən çox səs toplayacağı proqnozlaşdırılır.
Veidel həmçinin neo-nasist mənaları daşıyan “günah kultu” ifadəsini işlətməyə davam edir:
“Almaniya tarixi günahkarlıqla deyil, özünə inam və gələcəyə olan məsuliyyətlə idarə olunmalıdır”.
Bu ifadənin neo-nasist mənaları barədə soruşduqda Veidel rədd cavabı verib:
“Bu sözün haradan gəldiyi məni maraqlandırmır”, – o vurğulayıb.
Xatırladaq ki, amerikalı sahibkar İlon Mask partiyanı dəstəkləyib. Yanvarın sonunda o, videobağlantı vasitəsilə partiyanın qurultayının nümayəndələrinə müraciət də edib:
“Alman olmaqdan qürur duymaq normaldır. Nə yaxşı ki, siz alman mədəniyyəti və dəyərləri ilə fəxr edirsiniz. Onu itirmək olmaz”, – Mask bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az