Evində dini yığıncaq keçirdi, cəzalandırıldıbackend

Evində dini yığıncaq keçirdi, cəzalandırıldı

Bakıda evdə dini toplantı keçirilməsi aşkar edilib.

KONKRET.az-ın məlumatına görə, hadisə Pirallahı rayonu, Süleyman Bağırov küçəsində qeydə alınıb.

46 yaşlı paytaxt sakini Mahir Talıbov (ad və soyad şərtidir) yaşadığı evdə bir qrup şəxsin iştirakı ilə qanunsuz dini yığıncaq təşkil edib. Bu barədə daxil olan məlumat əsasında polis əməkdaşları şəxsin yaşadığı evə baxış keçiriblər və həqiqətən də mənzildə dini toplantı keçirildiyi aşkar edilib.

Bu səbəbdən Mahir Talıbov barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə onun barəsində 1500 manat məbləğində inzibati cərimə cəzası təyin edilib.//lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*