SON DƏQİQƏ: Azərbaycanda uşaqpulu bərpa edilə bilər – Məbləğ nə qədər olacaq?backend

SON DƏQİQƏ: Azərbaycanda uşaqpulu bərpa edilə bilər - Məbləğ nə qədər olacaq?

Son zamanlar Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də uşaqpulunun verilib-verilməməsi ilə bağlıdır. Cəmiyyətdə bu istiqamətdə fərqli fikirlər səslənir, əksəriyyət hesab edir ki, uşaqpulu tətbiq olunmalıdır. Hətta bəzi iddialara görə, yaxın illərdə bu istiqamətdə müəyyən addımların atılması mümkündür.

Eyni zamanda, demoqrafik göstəricilərlə bağlı narahatlıqlar da artır. Qeyd olunur ki, doğum səviyyəsində azalma müşahidə edilir, ailə quranların sayı isə əvvəlki illərlə müqayisədə aşağı düşür.

Bu müzakirələr ənənəvi sualları yenidən aktual edir: Azərbaycanda uşaqpulu verilə bilərmi? Əgər belə bir qərar qəbul olunarsa, bu ödəniş bütün uşaqlara şamil ediləcək, yoxsa yalnız 2-3 uşaqdan sonra tətbiq olunacaq? Bəs məbləğ nə qədər ola bilər?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, uşaqpulu gələcəkdə tətbiq oluna bilər:

“Demoqrafik vəziyyətin sabitləşdirilməsi baxımından belə bir addım mümkün görünür. Lakin hansı uşaqlara, hansı məbləğdə və neçə uşaqdan sonra veriləcəyi artıq sosial siyasətin və demoqrafik strategiyanın parametrlərindən asılı olacaq”.

İqtisadçı qeyd edib ki, müəyyən ediləcək məbləğ birbaşa dövlət büdcəsinin imkanları ilə bağlıdır:

“Bu barədə indidən konkret proqnoz vermək çətindir. Çünki hər şey demoqrafik siyasətin necə formalaşdırılacağından asılıdır. Ailələrin strukturu, yəni bir, iki və ya daha çox uşaq olması nəzərə alınmalıdır. Müxtəlif ölkələrin təcrübəsində fərqli yanaşmalar var. Məsələn, bəzi ölkələrdə hər növbəti uşağa görə əlavə maliyyə dəstəyi verilir. Azərbaycanda da bu məsələdə demoqrafik proseslərin inkişaf istiqaməti və dinamikası nəzərə alınaraq qərar verilə bilər”.

  • Tahira
    Aprel 19, 2026 - 02:07

    Azərbaycanda heç vaxt uşaq pulu verilməyəcək

  • Kosovali
    Aprel 19, 2026 - 10:52

    Ne usaq pulu ele sey olar biz olmey qirilmaqcun yasiyaq nazirlerin maasi qalxsin usaq pulu lazim deyil

    • məhəmməd
      Aprel 20, 2026 - 12:12

      elə ölməli sənin kimilərdi yşaq pulun sən istəmirsəb camaat istəyir nazirlər də elə alır biz yazıqlar nə edək sabah gəlib yapışıllar ki uşağın dövlətə aiddi əsgər getməlidi

  • Aqil
    Aprel 19, 2026 - 10:53

    Eğer verilse uşaq problem deyil 7 8 həll edərik verilmese bosaniriq

  • Elnur
    Aprel 19, 2026 - 20:15

    Usaq pulu

  • Samir
    Aprel 19, 2026 - 21:31

    Çox təəsüf ki bu qədər müzakirə edilir.

  • Sevil
    Aprel 20, 2026 - 08:45

    Kas verilə QURBN OLM ALLHA KASBLARA YAZQ GELSN

  • Xeyal
    Aprel 20, 2026 - 10:25

    salam müzakirə yox qəbul edilməlidi və verilməlidir uşaq pulu mütləq

  • Aygün
    Aprel 20, 2026 - 13:36

    Uşaq pulu verilsin

  • Kənan
    Aprel 20, 2026 - 16:14

    Day uşaq boyudu pul verən yoxdur

  • Elnur
    Aprel 21, 2026 - 09:08

    Uşağ pulu verilməlidir başda oturanlarda Azərbaycan millətini fikirləşən türk qanı qanından axan bilməlidir ki türk milləti inkişaf etməlidir Azərbaycanın nüfuzunu fikirləşən verər uşağ pulu insaAllah

  • Fatimə
    Aprel 21, 2026 - 13:16

    Sosial yardim kesilsin onun yerine usaq pulu verilsin.sosial yardimin şərtlərini elə qəribe qoyublar ki həqiqi ehtiyaci olan ala bilmir .
    Camaatin çoxu kirayə qalir arayis resmi isyeri zülüm olur.axirda da bir bəhanəylə deyirlər ki sizə dusmür (guya).
    Onnansa usaqpulu verilsin butun usaqlara.hec olmasa məktəbə gedməy yolpululari olsun usagin.
    Qəribədiyə hara gedorsən 18 yaşaycan usaq adam sayilmir .ama yolpuluya gələnde 5 yaşdan usaq yolpulu ödəməlidi .guya camaat hami oturub gedir uşaq yer tutur

  • Zivər
    Aprel 23, 2026 - 11:48

    Biz uşaq olandan müzakirə edilir ortada heçnə yoxdu indi uşaqlarımız böyüyür artıq, nə qəliz müzakirədi.Özlərinə lazım ola qərarlar ilk oxunuşda qüvvəyə minir🤔

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*