Türkiyədə tükürpədən görüntülər: Əgər qatil ölməyibsə…backend

Türkiyədə tükürpədən görüntülər: Əgər qatil ölməyibsə...

Qəhrəmanmaraşda orta məktəbdə silahlı insident törədən 14 yaşlı şagird İsa Aras Mersinlinin ölmədiyi ilə bağlı yayılan iddialar şəhərdə ciddi ajiotaj yaradıb.

KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, hadisədən sonra etiraz edən və şübhələrini dilə gətirən insanların qarşısına çıxan polis rəisi açıqlaması ilə diqqət çəkib.

Belə ki, vətəndaşlar cəsədi görmədən qətli törədənin öldüyünə inanmadıqlarını bildiriblər.

Bu zaman polis rəisi Mersinlinin öldüyünü təsdiqləmək üçün and içib: “Dörd övladım var, hamısı şagirddir. Əgər ölməyibsə, sabah övladlarımın üzünü görməyim”.

Qeyd edək ki, silahlı hücum nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisəni törədən İsa Aras Mersinli də yaralanıb və aldığı yaradan qanaxma nəticəsində həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*