Almaniyanın bütün hava limanlarında federal polisin kompüter sistemi sıradan çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Bild” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, problem işçilərin Almaniyaya girişə nəzarət etmək üçün istifadə etdikləri sistemlərə təsir edib:
“Həmkarlarımız sistemin əvvəllər etdiyini indi öz əlləri ilə etmək məcburiyyətindədirlər. Hələ öhdəsindən gələ bilirik”. (axar.az)