Almaniya kanslerini qucaqlayan şəxsə HÖKM OXUNDUbackend

Almaniya kanslerini qucaqlayan şəxsə HÖKM OXUNDU

Təxminən iki il əvvəl Frankfurt hava limanında baş nazir Olaf Şoltsla qucaqlaşan müttəhim 4500 avro cərimələnib.

KONKRET.az xəbər verir ki, Frankfurt yerli məhkəməsi müttəhimi “təhlükəsizliyi təhdid etmək” və “ev toxunulmazlığını pozmaq” ittihamı ilə ümumilikdə 4500 avro cərimələyib.

Həmin şəxs eyni zamanda 2,5 il müddətinə avtomobil idarə etməkdən məhrum olunub.

Hadisə zamanı narkotikin təsiri altında olduğu deyilən müttəhim məhkəmədə peşman olduğunu bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*