Almaniya Ukraynaya 14 “Leopard 2” tankı VERİRbackend

Almaniya Ukraynaya 14 “Leopard 2” tankı VERİR

Almaniya hökuməti Ukraynaya “Leopard 2” tanklarını göndərəcəyini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” Almaniya kansleri Olaf Şoltsun bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, Ukraynaya 14 tankın verilməsi nəzərdə tutulur.

Bundan əlavə, Berlin digər ölkələrə Ukraynaya bu tankların göndərilməsi üçün icazə verəcək.

Qeyd olunub ki, Almaniya Ukrayna Silahlı Qüvvələrini döyüş sursatı ilə təmin edəcək, hərbçilərə silahdan istifadə etmək üçün təlim keçəcək və “Leopard”ların Kiyevə tədarükü üçün tərəfdaş ölkələrə lisenziya verəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*