Almaniyanın müdafiə naziri Pistorius Ukraynaya 400 milyon avro dəyərində hərbi yardım ediləcəyini açıqlayıb. Yardım paketinə partlayıcı sursatlar, zirehli maşınlar və mina aşkarlama sistemləri daxildir.
KONKRET.az xəbər verir ki, nazir Pistorius Bild qəzetinə verdiyi açıqlamada deyib ki, “Partlayıcı sursat, minaatan və mina raketləri kimi əlavə sursat göndərəcəyik”.
Ukraynaya zirehli maşınlar və mina aşkarlama sistemləri də göndərəcəklərini bildirən Pistorius “Qarşıdan gələn qış mövsümünü də nəzərə alırıq. Geyimdən əlavə generator və qızdırıcılar da göndərəcəyik. Yardım paketi 400 milyon avro təşkil edir”.
Müdafiə naziri Pistorius Ukrayna əsgərlərinə Almaniyada verilən təlimlərin davam edəcəyini və ilin sonuna qədər təlim keçən əsgərlərin sayının 10 minə çatacağını bildirib.
Almaniyalı nazir Kiyevin Berlindən tələb etdiyi “Taurus” qanadlı raketlərinin göndərilib-göndərilməyəcəyi ilə bağlı hələlik qərarın əldə olunmadığını bildirib. Ukraynaya silah göndərilməsi ilə bağlı hər bir qərarın ciddi şəkildə dəyərləndirilməsi lazım olduğunu bildirən Pistorius qərar mərhələsində bir sıra siyasi, hüquqi, hərbi və texniki məsələlərə aydınlıq gətirilməli olduğunu bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az