Almatıda KTMT-nin missiyasının başa çatmasına həsr olunmuş mərasim keçirildi – VİDEObackend

Almatıda KTMT-nin missiyasının başa çatmasına həsr olunmuş mərasim keçirildi - VİDEO

Almatıda KTMT-nin missiyasının başa çatmasına həsr olunmuş mərasim keçirilib.

KONKRET.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi kontingenti öz qüvvələrinin Qazaxıstandan çıxarılması üçün hazırlıqlara başlayıb, Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriilb.

“KTMT-nin Qazaxıstan Respublikasındakı kollektiv sülhməramlı qüvvələrinin bölmələri öz tapşırıqlarını yerinə yetirərək, Rusiya Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiyasının təyyarələrinə yükləmək üçün texnika və materialları hazırlamağa və daimi dislokasiyasına qayıtmağa başlayır”, – mətbuat yazıb.

“KTMT sülhməramlılarının öz ölkələrinə qaytarılması Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq”, – deyə hərbçilər bildirib.

Qırğızıstan hərbçiləri Qazaxıstanı ilk tərk edəcəklər. Onlar yanvarın 14-də vətənə qayıdacaqlar, Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xuraman Etibarlıl,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*