Almatıdan Bakıya daha bir reys ləğv edildibackend

Almatıdan Bakıya daha bir reys ləğv edildi

Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı-Almatı istiqaməti üzrə yanvarın 9-na planlaşdırılan daha bir reysini ləğv edib.

Bu barədə KONKRET.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

“Hazırda aviaşirkət növbəti (bu həftənin ikinci) reysini ləğv edib. Digər tarixlər üçün olan uçuşların ləğv edilməsi barədə məlumat dəqiqləşdirilir”, – aeroportdan bildirilib.

Qeyd edək ki, Almatı-Bakı reysini həyata keçirən təyyarə Bakıda saat 20:50-də olmalı, saat 21:50-də əks istiqamətdə uçmalı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*