“Təyyar Bayramov və Samir Cəfərov nəinki xanəndə və ifaçı kimi, həmçinin pedaqoq kimi Azərbaycan mədəniyyətinə böyük töhfələr verib.
KONKRET.az musavat.com-a istənadən xəbər verir ki, bu gün mənimlə yanaşı bir sıra ifaçıların yetişməsində Təyyar müəllimin böyük xidməti olub. Bəzi ifaçılar var ki, onlar toxunulmazdırlar. Təyyar Bayramov və Samir Cəfərov da bu silsilədəndir”.
Musavat.com bildirir ki, bu barədə müğənni Almaxanım Əhmədli deyib.
Müğənni adı çəkilən sənətçilərin kiçik səhvinin şişirdilməsinin doğru olmadığını vurğulayıb:
“Bunun əvəzinə bayağı ifaçıların biabırçı ifalarını işıqlandırıb, ifşa etmək lazımdır”, deyə Almaxanım vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə müğənni Kərim Abbasov həmkarları Təyyar Bayramov və Samir Cəfərovun uğursuz canlı ifasını paylaşaraq, onları sərt şəkildə tənqid edib. Onun bu addımı birmənalı qarşılanmayıb.