AMEA: Quşçu vulkanın püskürməsi 30 m-lik çatlar əmələ gətirdibackend

AMEA: Quşçu vulkanın püskürməsi 30 m-lik çatlar əmələ gətirdi

“Bu, Quşçu vulkanının 16-cı püskürməsidir. Vulkanın püskürmə sahəsindən cənub və cənub qərbə uzanan 30 m-lik çatlar əmələ gəlib”.

KONKRET.az xəbər verir ki, bunu  vulkan püskürən əraziyə ezam olunan AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı Orxan Abbasov deyib.

Onun sözlərinə görə,  vulkanın son onilliklər ərzində puskurməyən sahəsi aktivləşib. Palçıq axını 3 hektar ərazini örtüb. Püskürmənin hündürlüyü 50-60 m, palçıq axınının orta qalınlığı 90 sm olub.

Yerli mülkiyyətçilərin əkin sahəsinə ziyan dəyib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*