Amerika xüsusi təyinatlıları Ukrayna Silahlı Qüvvələrinə dəstək verir.
KONKRET.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin xüsusi əməliyyatlar və aşağı intensivlikli münaqişələr üzrə köməkçisi Kristofer Meyer deyib.
“Mən başa düşdüyüm qədər, prezidentin qərarı ondan ibarət idi ki, Ukraynada hərbçi olmayacaq. Bu, həmçinin xüsusi operatorların istifadəsinə də aiddir”, – deyən Mayer əlavə edib ki, bu məhdudiyyətlərə görə Pentaqon cəbhədəki ukraynalılara birbaşa dəstək verə bilmir, buna görə də yardım Ukraynadan kənardan verilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az