Amerikalı milyarder “ölümsüzlük həbi”nə 3 milyard dollar ayırdıbackend

Amerikalı milyarder "ölümsüzlük həbi"nə 3 milyard dollar ayırdı

Amerikalı milyarder, “Amazon” şirkətinin banisi Ceff Bezos qocalmaya və ölümə qalib gələ biləcək dərman preparatının yaradılması ilə məşğul olacaq Alitos Labs startapına 3 milyard dollar investisiya yatırıb.

KONKRET.az Moderator.az-a istinadən xəbər verir ki, layihə planının məqsədi hüceyrələrin sağlamlığının bərpası, onların qocalmaya və və hətta əlilliyə gətirib çıxaran xəstəliklərə qarşı dözümlülüyü üzrə bioloji texnologiyanı işləyib hazırlamaqdır.

Alimlər hüceyrələrin yenidən proqramlaşdırılması, yəni onların yetişməsindən sonra cavanlaşdırılması prosesi sayəsində “ölümə qarşı dərman” yaratmağı planlaşdırır.

Nəzəri cəhətdən hüceyrələr get-gedə qocalan bədəni bərpa edə və hətta ağıl zəifliyi kimi yaşla bağlı dəyişiklikləri müalicə edə bilər.

Layihənin rəhbəri Britanitanın “GlaxoSmithKline” əczaçılıq şirkətinin sabiq baş elmi əməkdaşı, təbabət üzrə doktor Hel Berrondur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*