Amerikalı reper Kanye Uest sosial şəbəkədəki səhifəsində yazdığı yazılara görə bundan sonra ABŞ-da bizneslə məşğul ola bilməyəcək və rəsmilər ona təzyiq edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə sahibkar Daniel Starr bildirib.
Biznesmenin sözlərinə görə, onun ölkə rəsmiləri və sahibkarları arasında nüfuzlu tanışları var:
“Kanye bitdi, o, bu ölkədə əvvəlki kimi iş görə bilməz. Pərdəarxası buna nail olmaq üçün çox işlər görülür. Onun üçün yeganə fürsət, biznesini xaricə aparmaqdır.”
Bundan əvvəl Kanye Uestin sosial şəbəkələrdəki paylaşımlarına görə istedad agentliyindən uzaqlaşdırıldığı bildirilib. Agentlik musiqiçinin açıqlamalarını zərərli və təhqiredici adlandırıb.
Vəli Həsənoğlu,
KONKRET.az