Amerikalılar Maduronu bu yolla həbs edəcəklər – ŞOK PLANbackend

Amerikalılar Maduronu bu yolla həbs edəcəklər - ŞOK PLAN

ABŞ Daxili Təhlükəsizlik Departamentinin agenti Venesuela prezidenti Nikolas Maduronun baş pilotunu işə götürməyə çalışıb.  

KONKRET.az xəbər verir ki, bu barədə Associated Press bir neçə ABŞ rəsmisinə istinadən məlumat yayıb.

General Bitner Villeqasa Maduronun təyyarəsini yönləndirmək və amerikalıların onu həbs edə biləcəyi yerə aparmaq şansı təklif edilib.

Agent Edvin Lopes gizli görüş zamanı pilota bu planı izah edərək səxavətli mükafat söz verib.

Nikolas Maduro və Bitner Villeqas pilot kabinəsində Dominikan Respublikasına, Puerto Rikoya və ya ABŞ Hərbi Dəniz Qüvvələrinin Quantanamo körfəzindəki bazasına aparıla bilərdi.

AP-nin məlumatına görə, Villeqas o vaxt qəti cavab verməyib, lakin agentə mobil telefon nömrəsini ötürülüb.

Avqust ayında Lopez Villeqasa yazıb:

“Mən hələ də cavabınızı gözləyirəm və ABŞ Ədliyyə Nazirliyinin Maduronun həbsinə kömək üçün mükafatı 50 milyon dollara qədər artırdığını bildirirəm”.

AP mənbələrinə görə, plan 2024-cü ilin aprelində hazırlanıb.

Lopes və Villeqasın yazışmaları avqust ayında pilotun amerikalı nömrəsini bloklaması ilə başa çatıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*