Məşhur tikinti şirkəti borca düşdü – Müflis elan ediləcəkbackend

Məşhur tikinti şirkəti borca düşdü - Müflis elan ediləcək

Azərbaycanda tikinti şirkəti müflis olub.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, “RS Construction” Məhdud Məsuliyyətli Cəmiyyət müflis elan edilməsi üçün məhkəməyə müraciət edib.

Buna səbəb şirkətin borca düşməsidir.

Bakı Kommersiya Məhkəməsi noyabrın 18-də bununla bağlı işə baxacaq.

Qeyd edək ki, “RS CONSTRUCTİON” tikinti, memarlıq, planlaşdırma, interyer və eksteryer layihələrinin hazırlanması, müxtəlif dizaynda fərdi yaşayış evlərinin, villaların, koteclərin və müxtəlif qeyri – yaşayış sahələrinin tikintisinin aparılması, tam şəkildə təmiri, eləcə də qabaqcıl avadanlıqların quraşdırılması üzrə ixtisaslaşmış şirkətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*