Anar Mehdiyevin məhkəməsi başladıbackend

Anar Mehdiyevin məhkəməsi başladı

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, eləcə də onunla birgə ittiham olunan Ruslan Ələsgərov və Əvəz Süleymanovun məhkəməsi başlayıb.

KONKRET.az-ın “report”a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili iştirak etmədiyi üçün hazırlıq iclası təxirə salınıb.

Növbəti iclas yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə istintaqa cəlb olunublar.

Anar Mehdiyev “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini 2024-cü ilə qədər icra edib.

Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.

Cinayət işi üzrə “Azərşəkər” MMC və “Dastan Agro” MMC zərərçəkmiş kimi tanınıblar.

Cinayət işi üzrə dəymiş ziyan ödənildiyi onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*