Paşinyanın maaşı artdı – Yeni rəqəmbackend

Paşinyanın maaşı artdı - Yeni rəqəm

Ermənistanın Baş naziri Nikol Paşinyanın maaşı artıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

“Mən özümü mükafatlandırmadım, dövlət qərarı çərçivəsində aylıq maaşım 1,5 milyon dram (12,450 manat) artdı”, – deyə Paşinyan bildirib.

O qeyd edib ki, ölkədə yeni bir fəaliyyətə əsaslanan əməkhaqqı sistemi tətbiq edilib:

“Bu, 2018-ci ildən bəri qəbul etdiyimiz “sıfır korrupsiya və korrupsiyaya qarşı sıfır tolerantlıq” siyasətinin praktik davamıdır. Biz qərəzsiz və təsirsiz bir məmur vizyonunu qəbul etmişik. Bu qərarı onun həyata keçirilməsi və hökumətin işinin səmərəliliyini artırmaq üçün zəruri hesab edirik”.

(globalinfo.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*