“BakuBus” sürücüsünü döyən gənc həbs edildibackend

“BakuBus” sürücüsünü döyən gənc həbs edildi

Bakıda “BakuBus”un sürücüsünü döyən şəxs həbs olunub.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, Puşkin küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində baş verib.

Piyada və sürücü bir-birini yol-nəqliyyat qaydalarını pozmaqda ittiham edərək mübahisə edib. Nəticədə piyada Elvin Məmmədov “BakuBus”un 32 saylı marşrutunun sürücüsü Cəzairə yumruq zərbəsi endirib.

Məhkəmənin qərarına əsasən, Elvin Məmmədov törətdiyi əmələ görə 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*