Anar Quliyev Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşdübackend

Anar Quliyev Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşdü

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovla görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq, eləcə də şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Anar Quliyev Qırğızıstanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə qardaş dəstəyini yüksək qiymətləndirdiyini xüsusilə vurğulayıb. Bildirib ki, cari ildə Ağdam rayonunun Xıdırlı kəndində məktəb binasının açılışı bu dəstəyin ən yaxşı nümunələrindəndir. A.Quliyev Qırğızıstanla birgə layihələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonda Komitə sədri Qırğızıstan tərəfini 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*