Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev vətəndaş qəbulu çərçivəsində Saatlı şəhərinə səfər edib.
KONKRET.az xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Sonra Saatlı, Sabirabad, İmişli, Füzuli, Beyləqan, Cəbrayıl və Xocavənd rayon sakinlərinin müraciətlərini dinləyən Komitə sədri vətəndaşların tikinti üçün icazələrin alınması və obyektlərin istismara verilməsi ilə bağlı suallarını cavablandırıb. Həmçinin tikinti fəaliyyətinə dair proseslərin ellektron qaydada həyata keçirilməsi barədə ətraflı məlumat verilib.