Anri “Barselona”nın baş məşqçisi ola bilərbackend

Anri "Barselona"nın baş məşqçisi ola bilər

Tyerri Anri “Barselona”nın baş məşqçisi ola bilər. KONKRET.az Diario Sport nəşrinə istinadən xəbər verir ki, hazırda “Monreal İmpekt”ın baş məşqçisi olan Tyerri Anri “Barselona”nı çalışdıra bilər.

Nəşrin məlumatına görə, “Barselona” rəhbərliyi Ernesto Valverdenin istefaya göndərəcəyi halda komandanın keçmiş futbolçusunu komandaya dəvət etmək fikrindədir. Anrinin keçidində şəxsən klubun idman direktoru Erik Abidal maraqlıdır. Qeyd edək ki, Tyerri Anri 2007-2010-cu illər aralığında Kataloniya təmsilçisinin şərəfini qoruyub. O, “Barselona” forması ilə 80 oyuna 35 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*