ABŞ-da CBS telekanalında hava proqnozunun aparıcısı kimi çalışan Alissa Carlson Schwartz studiyaya qoşularkən qəfildən huşunu itirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, aparıcı stuldan yıxılıb və başından zərbə alıb.
Bir neçə saat sonra Alissa sosial media hesabından verdiyi açıqlamada vəziyyətinin yaxşı olduğunu bildirib. Lakin Alissa onun yerə yıxılmasına nəyin səbəb olması barədə açıqlama verməyib.//Musavat.com
