Türkiyənin Əskişəhər vilayətində yaşayan və aktyor kimi fəaliyyət göstərən Fəyat Duman adlı şəxs “Apple” şirkətinin səhvini tutub.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, telefonla şəkil çəkdiyi zaman qüsur aşkarlayıb və şirkətə məlumat verib. “Apple” dərhal yeniləmə edərək qüsuru aradan qaldırıb. Şirkət həmçinin Fəyat Dumana təşəkkür məktubu da göndərib.
Bundan sevincli olan Duman sosisl şəbəkədə öz fikirlərini bölüşüb: “Kameranı açdım və şəkilimi çəkmək istədim. Səhvən əlim ekran kilidinə toxundu, əməliyyat sona çatdı. Daha sonra telefonu açdığım zaman bir neçə şəklimin olduğunu gördüm. Belə çıxır ki, telefon kiliddə olarkən fotolar çəkib. Bunu “Apple”-ın bir neçə telefonunda sınadım və eyni prosesi müşahidə etdim. Dərhal şirkət nümayəndələrinə bu barədə məlumat verdim. Xətanı qəbul etdilər və aradan qaldırdılar”.
Fəyat Duman onu da bildirib ki, hazırda başqa bir çatışmazlığı araşdırır. Tam dəqiqləşdirdikdən sonra bu barədə “Apple” şirkətinə məlumat verəcək.
Hazırladı: Günel MUSEYİB