AQTA daha 229 müəssisədə reyd keçirdibackend

AQTA daha 229 müəssisədə reyd keçirdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 44 ictimai iaşə obyekti, 185 ərzaq satışı mağazası olmaqla ümumilikdə 229 müəssisədə reyd keçirib.

AQTA-dan KONKRET.az-a verilən məlumata görə, reyd keçirilən obyektlərdən 81-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

◾ Bakı şəhəri üzrə:
Ağayev Yusif Əli oğluna, Mirzəyev Valeh İbrahim oğluna, Əhmədzadə Fərid Mirağa oğluna, Ocaqverdiyev Natiq Durasan oğluna, Aşımov Akif İnqilab oğluna, Babayev Hüseyn Rza oğluna, Məmmədov Əhəd Həmzə oğluna, İsmayılov Elməddin Şakir oğluna, Məhərrəmov Elməddin Sultanhəmid oğluna və Quliyev Yusif Mirzə oğluna məxsus ərzaq mağazaları, “Güvən” market, “ƏVOA” MMC-yə məxsus Yasamal və Səbail rayonunda marketlər

Digər şəhər və rayonlar üzrə:
◾ Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Rahat” market
◾ Siyəzən rayonunda “Göl” kafesi
◾ Xaçmaz rayonunda Ağayev Nizami Əmirağa oğluna məxsus ət satışı mağazası
◾ Quba rayonunda “Şane”, “Roman”, “Shisha garden”, “Olimp” restoranları, “Göl” kafesi
◾ Göyçay rayonunda “Panorama”, “Tontiş”, “Qədiş” kafelər, Həsənov Neyman Gülbala oğluna, Xəlilov Müqəddəs Sirac oğluna, İbrahimov Ehtibar Rafiq oğluna məxsus dönərxanalar, Məmmədov Yasin Vahid oğluna, Səfərəliyeva Afaq Əsgərağa oğluna məxsus yeməkxanalar, Rüstəmov Atakişi Xəqani oğluna və Zamanov Rafiq Gülməmməd oğluna məxsus restoranlar
◾ Ağdaş rayonunda “Sərin”, “Bir inci”, “Ağdaş”, “Xırdalan”, “İKA”, “Ailəvə”, “Halal”, “1001 Gecə”, “Kral”, “Çinar” restoranları, “Şamil”, “Elxan”, “Su səsi” kafeləri, Qarayev Telman Şahmurad oğluna məxsus kafe və Əhmədov Natiq Mahmud oğluna məxsus yeməkxana
◾ Zaqatala rayonunda Bayramova Hürü Qürbət qızına, İsmayılova Səidə Kamal qızına, Aydayeva Ayşə Məhəmməd qızına məxsus ərzaq mağazaları
◾ Balakən rayonunda Kiçiliyeva Arzu Şəmsəddin qızına məxsus ərzaq mağazası
◾ Qəbələ rayonunda “Kabab” və “Dönər evi” dönərxanaları və “Dondurma” kafe
◾ Astara rayonunda “Rahat” və “Qardaşlar” ərzaq mağazaları
◾ Goranboy rayonunda Babayeva Gülnar Rüstəm qızına məxsus ərzaq mağazası
◾ Daşkəsən rayonunda Həlilzadə Səadət Ellər qızına məxsus kafe, “Versal” restoranı, Əliyev Maarif Əsgər oğluna, Hüseynov Şahbar Novruz oğluna, Qurbanova Ahuzər İlyas qızına məxsus yeməkxanalar, “Araz supermarket”, “Bizim” marketlər, İmamverdiyeva Niyar Abbas qızına və Məmmədov Xəyal Akif oğluna məxsus ərzaq mağazaları
◾ Naftalan şəhərində “Bahar” və “Turan” yeməkxanaları, Rəhimov Rahib Arzu oğluna məxsus dönərxana
◾ Qazax rayonunda “Loğman”, “Şamlıq” kafelər, Nəbiyev Mehdi Akif oğluna və Ərəbov Hacı Murad oğluna məxsus ət satışı mağazaları
◾ Ağstafa rayonunda “Şans” kafe
◾ Şəmkir rayonunda Hadıyev Anar Sadəddin oğluna, İsmayılov Elçin Firudin oğluna, Camalzadə Anar Nəriman oğluna məxsus ət satışı mağazaları
◾ Ucar rayonunda “24 saat” market
◾ İmişli rayonunda “Tərəkəmə”, “Gilavar” restoranları
◾ Beyləqan rayonunda “Xan çinarı”, Səmədov Rəvan Həmzəağa oğluna məxsus yeməkxana

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*