Araik Arutyunyan: “Azərbaycan imkan düşən kimi yenidən bizə hücum edəcək”backend

Araik Arutyunyan: “Azərbaycan imkan düşən kimi yenidən bizə hücum edəcək”

“Azərbaycan öz ərazilərini azad etmək məqsədilə imkan düşən kimi iqtisadiyyatını daha da inkişaf etdirməklə Xankəndinə yenidən hücum edəcək”. Konkret.az xəbər verir ki, bunu “Dqr”-in keşmiş baş naziri Arayik Arutyunyan Rusiya-Ermənistan (Slavyan) Universitetində tələbələrlə görüşündə bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ erməniləri iqtisadi cəhətdən çox inkişaf etməli, ordunun silahlandırılmasını gücləndirməlidir. O, Azərbaycan iqtisadiyyatını “dqr” iqtisadiyyatı ilə müqayisə etməyin düzgün olmadığını önə çəkib və  ümumdaxili məhsulun həcmindən danışaraq vurğulayıb ki, Qarabağda ermənilərə adambaşına 1 dollar düşür. Bu rəqəm Azərbaycanda 1400 dollardır. O, bildirib ki, Qarabağ əhalisi neft və qaz asılılığından gec-tez qurtarmalıdır. Tələbələr qarşısında çıxış edən natiq elektrik maşınlara daha çox üstünlük verilməsinin vacibliyindən danışıb.

Tədbirdə işğalçı simaları ilə bizə yaxşı tanınan Qrant Baqratyan və Edvard Sandoyan da iştirak edib.

Hazırladı: Fadil PAŞAYEV

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*