Suriyanın qərbindəki Tartus əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 34 nəfər həyatını itirib.
İlkin məlumatlara görə, aralarında Fələstin, Livan və Suriya vətəndaşlarının da olduğu 20 nəfər xilas edilib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
İqbal Rzayev,
KONKRET.az