İranın xarici işlər naziri Abbas Araqçı Kremldə Rusiya prezidenti Vladimir Putinlə yaxşı görüş keçirdiyini bildirib.
KONKRET.az xəbər verir ki, görüş zamanı nazir Rusiya liderinə İsrail və ABŞ-ın hücumları barədə ətraflı danışıb.
“Region, beynəlxalq ictimaiyyət və nüvə silahlarının yayılmaması bizim ümumi narahatlığımızdır. Rusiya da bütün bunlardan narahatdır. Bütün beynəlxalq məsələlərdə biz sıx əməkdaşlıq etdik və bir-birimizin mövqeyini dəstəklədik”, – Araqçı vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az