Qarabağdakı qondarma başçısı Moskvadan göstəriş gözləyir.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, “prezident” Arayik Arutyunyan Moskvadan göstəriş gözləyir. Nikol Paşinyanla son görüşdən sonra o, Qarabağa məyus halda qayıdıb. Çünki Paşinyan Bakının Qarabağın Azərbaycanla inteqrasiyasının alternativi olmadığı barədə dediklərini demək olar ki, sözbəsöz təkrarlayıb.
Arutyunyan hesab edir ki, daha onun “prezident” kimi işi sona çatıb və “istefa”ya gedir. Ermənistanın siyasi dairələrində onun ya Moskvanın göstərişinə əməl edəcəyi, ya da “istefa” ərizəsi yazacağını istisna etmirlər.
Xatırladaq ki, dünən qondarma “parlament” “konstitusiya”ya dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib. Ona əsasən, Qarabağda hərbi vəziyyət yaranarsa, “prezident” seçmək hüququ “parlamentdə saxlanılacaq.
Qəbul edilmiş layihə üzrə yazılı təkliflərin təqdim edilməsi üçün martın 21-dək müddət müəyyən edib, bundan sonra “parlament” ikinci və yekun oxunuşda “konstitusiya”ya dəyişiklik layihəsinə “səs verəcək”.
Xuraman Etibarlı,
KONKRET.az