Tanınmış azərbaycanlı iş adamı, milyarder Araz Ağalarov hazırda Bakıda səfərdədir.
KONKRET.az musavat-a istinadən xəbər verir ki, bu barədə məlumat onun oğlu, məşhur müğənni və “Sea Breeze” layihəsinin rəhbəri Emin Ağalarovun rəsmi Instagram hesabında paylaşılıb.
Emin Ağalarov atasını ilk dəfə olaraq “Sea Breeze” şəhərciyi ilə yaxından tanış edib. O qeyd edir ki, atası bu əraziyə sonuncu dəfə 7 il əvvəl gəlib və o zaman indiki miqyasda heç bir infrastruktur yox idi.
Atabala Ağalarovlar sahildə yerləşən bu müasir kompleksdə elektrik avtomobili ilə gəzərək layihənin müxtəlif məkanlarını nümayiş etdirib, eyni zamanda maraqlı video çəkilişlər də aparıblar.