“Araz”dan “Nemiroff” oğurlayan şəxs həbs edildibackend

“Araz”dan “Nemiroff” oğurlayan şəxs həbs edildi

Bakının Sabunçu rayonu ərazisində yerləşən “Araz” supermarketdən müxtəlif vaxtlarda 14 ədəd “Nemiroff” markalı spirtli içki oğurlayan şəxs inzibati qaydada həbs olunub.

KONKRET.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Məmmədov Seymur Qəhrəman oğlunun əməli marketin müşahidə kameraları tərəfindən ifşa olunub.

O, saxlanılaraq polisə təhvil verilib.

“Araz” supermarketə 405 manatlıq ziyan vuran Seymur barədə protokol tərtib edilərək məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsi 47 yaşlı təqsirləndirilən şəxs barədə 23 gün müddətinə inzibati qaydada həbs qərarı çıxarıb.

Ağagül Mürsəlov,
KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*