“Ariel” aldadır, bir yumada ləkə təmizlənmir – Cərimələndibackend

“Ariel” aldadır, bir yumada ləkə təmizlənmir - Cərimələndi

Məşhur yuyucu vasitə markası olan “Ariel” Türkiyədə cərimələnib.

KONKRET.az xəbər verir ki, buna səbəb brendin saxta reklamıdır.

Belə ki, brendin reklamında 1 yumada ləkəli paltarların təmizlənəcəyi vəd edilir.

Həmin reklamdan Ticarət Nazirliyinə şikayət edilib. Şikayətdən sonra tədbir görülüb və brendin reklamında 1 yumada təmizlənəcəyini iddia etdiyi ləkə nazirlik tərəfindən aparılan sınaqda 8 yumada silinib.

Rəqib məhsullardan daha az yuyucu vasitə ilə daha yaxşı təmizlik təmin etdiyini iddia edən “Procter & Gamble” şirkəti aldadıcı reklam səbəbi ilə 2,2 milyon lirə cərimə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*