Arnold Şvartsenegger avtomobil qəzasına DÜŞDÜbackend

Arnold Şvartsenegger avtomobil qəzasına DÜŞDÜ

Avstriya əsilli amerikalı kinoaktyor, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Los-Ancelesdə qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “TMZ” portalı məlumat yayıb.

Bildirilib ki, aktyor yolsuzluq avtomobili ilə velosipedçi qadını vurub.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobil yavaş hərəkət etsə də, velosipedçi zərbədən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Şvartsenegger hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verib.

Portalın məlumatına görə, aktyor qadının velosipedini təmir üçün götürüb.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*