“Arsaxın taleyini heç kim təkbaşına həll edə bilməz, torpağımız uğrunda mübarizə aparacağıq” – Akopyan SƏRSƏMLƏDİbackend

"Arsaxın taleyini heç kim təkbaşına həll edə bilməz, torpağımız uğrunda mübarizə aparacağıq" - Akopyan SƏRSƏMLƏDİ

“Arsaxın taleyini heç kim təkbaşına həll edə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu “Ədalət” partiyasının üzvü, qondarma deputat Metakse Akopyan deyib.

“Arsaxın taleyini heç kim təkbaşına həll edə bilməz. Bizi vətənimizdə qonaq kimi yaşamağa məcbur etmək olmaz. Biz buna heç vaxt yol verməyəcəyik və torpağımızı tərk etməyəcəyik, bizdən gözlənildiyi kimi, vətənimiz uğrunda mübarizəmizi davam etdirəcəyik”, – deyə Metakse çərənləyib.

Daha sonra o deyib ki, əslində bu sözləri “prezidenti Arayik Arutyunyan” deməli idi, lakin qorxduğu üçün bunu deyə bilmir.

“Belə görünür ki, bunlar Arsax Respublikasının prezidenti Arayik Arutyunyan tərəfindən səsləndirilməli olan sözlərdir, lakin təəssüf ki, o, ehtiyatlı olmaqda davam edir və dövlət xaini Nikol Paşinyanla açıq qarşıdurmaya getməmək üçün ehtiyatlı davranır”, – Akopyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*