“Arsenal” “Brayton”a son dəqiqələrdə məğlub oldubackend

"Arsenal" "Brayton"a son dəqiqələrdə məğlub oldu

İngiltərə Premyer Liqasının 30-cu turunun matçında “Brayton end Xouv Albion” London “Arsenalı”ını qəbul edib.

KONKRET.az xəbər verir ki, görüş Brayton end Xouvun “Falmer” stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 68-ci dəqiqədə açılıb. Qonaqların hücumçusu Nikolya Pepe “Arsenal” azarkeşlərini sevindirib. Lakin ikinci hissənin ortalarında “Brayton”un müdafiəçisi Lyuis Dank hesabı bərabərləşdirib.

Meydan sahiblərinə qələbə qolunu hücumçu Nil Mope bəxş edib. O, 95-ci dəqiqədə səhvsiz oynayıb.

“Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlində doqquzuncu yeri tutur. Komandanın aktivində 40 xal var. “Brayton” turnir cədvəlində 32 xalla 15-ci yerdə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*