Aşkarda deyilməsi qadağan olunan sözlər niyə şüarlara çevrildi? – MÜNASİBƏTbackend

Aşkarda deyilməsi qadağan olunan sözlər niyə şüarlara çevrildi? - MÜNASİBƏT

İlham Məmmədzadə

İlham Məmmədzadə: ”Bu cür aksiyalar ailə institutlarının dağıdılmasına xidmət edir”

Dahilərdən biri deyirdi: “Qadın övladının beşiyini tərpədərkən sanki bəşəriyyəti və bütün yer kürəsini hərəkətə gətirir. Çünki dünyanın taleyinə təsir edən liderlər və şəxsiyyətlərin hamısı hansısa xanımın, ananın qucağında tərbiyə edilərək cəmiyyətə təqdim olunur”.

Lakin təəssüflər olsun ki, bu dahi fikirləri dünən Bakının mərkəzində aksiya keçirən “feminist”lərə qətiyyən aid etmək olmaz. Baxmayaraq ki, onlar da cins olaraq qadın qismidirlər, amma bütün milli-mənəvi, dini-əxlaqi dəyərlərini çoxdan itiriblər. Bunu aksiyada səsləndirilən şüarlardan görmək mümkündür.

İndi özünüz təsəvvür edin. Dünən küçəyə çıxan bu “feminist”lər cəmiyyətə necə övladlar bəxş edəcəklər. Düşmənin bizi hansı nöqtədən vurmaq istədiyi gün kimi aydındır. Bir cəmiyyəti məhv etmək üçün öncə insanları əxzlaqsızlığa, cahilliyə  sövq etmək, sonra isə parçalamaq  düşmənin ən böyük taktikasıdır.

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən tanınmış PR mütəxəssis, jurnalist İlham Məmmədzadə bildirib ki, bu cür aksiyaların arxasında ölkədə sabitliyi pozmağa cəhd edən xarici qüvvələr və missioner təşkilatlar dayanır: ”Azərbaycanın min illərdən süzülüb gələn adət-ənənələri, bu dəyərlərə söykənən ailə institutları mövcuddur. Bu cür aksiyalar ailə institutlarının dağıdılmasına xidmət edir. Aksiyadakı qadınlar aşkarda deyilməsi qadağan olunan şüarları dilə gətirirlər. Bu isə cəmiyyətdə pozğunluğun yayılmasına gətirib çıxarır. Bütün bunların arxasında isə xarici missioner təşkilatların dayandığını görmək çox asandır. Onların məqsədi isə ölkədə ailə institutlarına ciddi zərbə vurmaqdır”.

İlham Məmmədzadənin sözlərinə görə, bu gün “şiddətə son” şüarı səsləndirən həmin qadınların özləri polisə müqavimət göstərirlər: “Mülki geyimdə olan hüquq-mühafizə orqanı əməkdaşlarına şiddət göstərən qadınlar öz səsləndirdikləri şüarlara əməl etmirlər. Bütün bunlar cəmiyyətdə əxlaqsızlığa yol açır və sabitliyi pozmağa xidmət edir. Burnu pirsinqli, LGBT təbliğatlı gənclərdən cəmiyyət üçün heç bir müsbət fayda ola bilməz. Birmənalı olaraq bu cür aksiyaları pisləyirəm”.

 Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*