Astara sakinlərindən odlu silahlar götürüldübackend

Astara sakinlərindən odlu silahlar götürüldü

Astara sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı cari ilin əvvəlindən keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə Astara Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*