Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər – Şağlazüzə – Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti daynıb.
Şağlazüzə – Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb.
Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.