AstraZeneca peyvəndinin yaradıcısından ŞOK AÇIQLAMA: “Gələcək pandemiyalar daha ölümcül olacaq”backend

AstraZeneca peyvəndinin yaradıcısından ŞOK AÇIQLAMA: “Gələcək pandemiyalar daha ölümcül olacaq”

Oxford-AstraZeneca peyvəndinin yaradıcılarından biri olan Sara Gilbertin açıqlaması dünyanı təşvişə salıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, gələcək pandemiyaların COVID-19-dan daha da ölümcül ola biləcəyini deyib. Gilbert indiki vəziyyətdə öyrəniləsi çox şeyin olduğuna diqqət çəkib.

“Bu, bir virusun həyatımızı və yaşamımızı təhdid etdiyi sonuncu hal deyil. Əslində növbəti virus daha da pis olacaq. Bu, daha yoluxucu və ölümcül ola bilər” – deyə Sara Gilbert vurğulayıb.

“Biz bu halların baş verməsinə göz yuma bilmərik. Nəzərə almalıyıq ki, pandemiya böyük iqtisadi itkilərə və virusla mübarizə üçün maliyyə çatışmazlığına səbəb oldu. Ona görə də, növbəti belə vəziyyətin yaranmasına icazə verə bilmərik. Qazandığımız uğurlar, əldə etdiyimiz biliklər itirilməməlidir” – deyə Gilbert fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*