“Atalanta”nın 21 yaşlı futbolçusu vəfat etdi – FOTObackend

“Atalanta”nın 21 yaşlı futbolçusu vəfat etdi – FOTO

İtaliyanın “Atalanta” futbol klubunun gənclərdən ibarət kollektivinin üzvü Villi Brasiano Ta Bi vəfat edib.

KONKRET.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, 21 yaşlı yarımmüdafəçi qaraciyər xərçəngindən dünyasını dəyişib.

Məlumatda bildirilib ki, oyunçu xeyli müddət xəstəliklə mübarizə aparıb. Ömrünün son aylarını isə vətəni Fil Dişi Sahilində keçirib.

Klubun “Twitter” səhifəsində futbolçunun ailəsi və yaxınlarına baş sağlığı verilib.

Qeyd edək ki, Ta Bi “Atalanta”nın heyətində 19 yaşadək futbolçular arasında İtaliya çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*