“Atam dedi ki, səni öldürüb sonra öləcəyəm” – Afaq Bəşirqızıbackend

“Atam dedi ki, səni öldürüb sonra öləcəyəm” – Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı atasının ağır xəstəlik dövrü ilə bağlı yaddaşında dərin iz buraxan xatirəsini bölüşüb.

KONKRET.az xəbər verir ki, İctimai Televiziyada yayımlanan “Ötən günlər” verilişinə qonaq olan Xalq artisti o dövrdə yaşadıqları çətinlikləri dilə gətirib.

“Bir gün atamın çox ağır günlərində mənə dedi ki, “mənə düşbərə yedir”. Mən ona düşbərəni yedirdirdim və o hiss etdi ki, mən də acam. Dedi ki, “qalanını ye”. Mən də başa düşmürəm, uşağam, 14 yaşım var. Nimçədə nə vardısa, hamısını acgözlüklə yedim. Çünki dərsdən gəlmişdim, çox yorğun idim, ac idim. Baxdı, baxdı mənə, dedi ki, “həyat çox alçaq həyatdır, mən bilsəm ki, 5 dəqiqədən sonra öləcəyəm, mən səni öldürəcəyəm, sonra öləcəyəm”, – Afaq Bəşirqızı deyib.

O bildirib ki, atasının həmin sözləri bu gün də onun yaddaşında yaşayır və həyat yoluna təsir göstərir.

Daha ətraflı videoda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*