Atasını öldürdü: Bir il сəsədi ilə yaşadıbackend

Atasını öldürdü: Bir il сəsədi ilə yaşadı

Rusiyanın Perm şəhərində kişi bir il atasının cəsədi ilə eyni mənzildə yaşayıb.

KONKRET.az “RenTV”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, Çaykovski şəhərindən olan bir kişi polisə müraciət edib. O, 57 yaşlı qonşusu ilə çoxdandır görüşmədiyini bildirib.

Həmin şəxsin 34 yaşlı oğlu ilə eyni mənzildə yaşadığı məlum olub. Oğlu atasının itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Hadisədən şübhələnən polis evə gəlib.

Məlum olub ki, 34 yaşlı kişi ziyafət zamanı atasını bıçaqlayıb və meyiti divanda gizlədib.

Qatil barəsində cinayət işi qaldırılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*